05/12/2015

Xəbər Arxivi

CAMAH-ın on ildən artıq təşkilati fəaliyyət və mübarizəsini əks etdirən bir çox görüntülü, səsli və yazılı sənəd və materiallar mövcuddur. Onların bir hissəsi təşkilatın məxfi və sirri məsələlərinə aid olduğu üçün, təbiidir ki, burada açıqlanmayacaq.
Lakin CAMAH Analitik İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən neçə il ardıcıl və operativ formada tənzimlənərək Azərbaycan Respublikasının xəbər servisləri, televiziya kanalları və mətbuatına təqdim edilmiş minlərlə xəbəri arxivimizdə araşdırdıq. Belə qərara gəldik ki, birbaşa və ya dolyısı ilə CAMAH-a və cənubdakı hərəkata aidiyyəti olan xəbərləri seçib, burada sizə təqdim edək.
Bir daha xatırladırıq ki, bu xəbərlər, üzərində göstərilən tarixlərdə mətbuatda yayımlanmışdır. Burada isə heç bir dəyişiklik aparmadan, eyni ilə dərc edilir.