November 30, 2015

Qısa izah

elchiCAMAH 1991-ci ildən qeyri mütəşəkkil, 1994-cü ildən isə mütəşəkkil halda öz fəaliyyətinə başlamışdır.
Hazır nizamnamə və məramnamə 16 may 1994-cü il tarixdə CAMAH-ın ikinci qurultayında qəbul edilmişdir.

GİRİŞ

Keçmişdə “Məmaleke məhruse” yəni (Qorunan məmləkətlər), indi isə İran adlanan kiçik imperiyada fars şovinizminin yaratdığı istibdad rejimi höküm sürür. Say etibarı ilə farslardan neçə dəfə çox olub, İran əhalisinin təxminən yarısını təşkil edən 30 milyon Cənubi Azərbaycan türklərini beynəlxalq qanunlarda təsbit edilmiş bütün hüquqlardan, o cümlədən doğma dilində təhsil almaq, öz ədəbiyyatından, mədəniyyətindən, incəsənətindən istifadə etmk, onu inkişaf etdirmək imkanlarından məhrum edərək, kütləvi farslaşdırma siyasəti aparırlar. Bu məqsədə nail olmaq üçün İran rejimi Azərbaycan torpaqlarını ostanlara parçalayaraq, başqa milli ərazilərlə birləşdirir və öz milli hüquqlarını müdafiəyə qalxan Cənubi Azərbaycan türklərini müxtəlif üsullarla kütləvi terror edir. Bu səbəblərdən indiyədək yüz minlərlə Cənubi Azərbaycan türkü başqa ölkələrə mühacirət etmiş və etməkdədir.
Cənubi Azərbaycan türklərinin milli və şəxsi azadlığına nail olmağı qarşıda məqsəd qoyan Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH) öz fəaliyyətini bu məqsədin gerçəkləşməsinə tabe edir.

CAMAH-ın NİZAMNAMƏSİ

CAMAH-ın MƏRAMNAMƏSİ