November 30, 2015

CAMAH-ın İlk şəhidi

Nəcəf Qılınc oğlu Rəncbər 1970-ci ildə Cənubi Azərbaycanın Parsabad şəhərində anadan olmuşdur. 1990-cı il yanvar hadisələri zamanı Şimali Azərbaycana mühacirət etmiş, 1994-cü ildə CAMAH-ın Bakı Komitəsinə üzv olmuşdur. Təşkilatda fəaliyyətə başladığı ilk günlərdən göstərdiyi səmimiyyət və sədaqətinə görə, az bir zamanda əqidə yoldaşları ilə bərabər, təşkilat rəhbərliyinin də inam və etimadını qazana bilmişdir.camah_necef

1996-cı ildə milli hərəkatımızın dalğaları cənubda gücləndiyi zaman, CAMAH Siyasi Şurası və rəhbərliyinin qərarı əsasında Nəcəf Rəncbər təşkilatın Parsabad şəhər komitəsini yaratmaq üçün cənuba göndərilmişdir. Orada bir neçə günlük ciddi fəaliyyətdən sonra İran təhlükəsizlik xidmətinin (Ettelaat) yerli əməliyyat qrupu vasitəsi ilə tutulmuş və dər hal Tehrana göndərilmişdir. Dünyanın ən qorxunc siyasi işgəncə və həbsxanalarından biri olan Evin zindanında iki aya yaxın ən ağır və orta əsrlərə xas işgəncələr altında qalmış və nəhayət Azərbaycana olan sevgisini öz canını qurban vermeklə bir daha sübut etmişdir. Nəcəf qanının qiyməti ilə fars şovinizminə göstərdi ki, Azərbaycanın qəhrəman oğulları öz canından keçəcək, amma əsarətdə olan torpağını bir gün mütləq azad edəcək.

Evin adına yeraltı həbsxana Ettelaatın nəzarətində olaraq, Tehranın şimalındakı Səadətabad dağlarının altında yerləşir.

Nəcəf ölməyib. Vahid, müstəqil və demokratik Azərbaycan dövlətinin yaradılacağı günə qədər onun şərəfli yolu davam edəcək!

      Milli azadlıq yolumuzun ilk şəhidinə eşq olsun!